İKT
“Facebook Messenger”də boşluq
"Facebook" şirkəti "Android" əməliyyat sistemi üçün "Facebook Messenger" məlumat mübadiləsi proqramında kritik boşluğu aradan qaldırıb. Ondan istifadə zəng edən abunəçilərə icazəsiz o biri başdakı abunəçi zəngə cavab verməzdən əvvəl başqa istifadəçilərin ətrafını dinləməyə imkan verib. Cinayətkarlar problemdən zəngi çağırılan istifadəçinin qurğusuna ona cavab verməzdən əvvəl qoşulmağa məcbur edən "SdpUpdate" kimi tanınan xüsusi tipli bildiriş göndərməklə istifadə ediblər.
“Instagram”da çoxdan gözlənilən funksiya istifadəyə veriləcək
"Facebook Messenger" və "Instagram" xidmətlərinin istifadəçiləri avtomatik silinən mesajlar göndərmək imkanına malik olacaqlar. Bu haqda "Facebook"un tərtibatçıları məlumat veriblər. Olaylar.az xarici mediyaya istinadən bildirir ki, avtomatik silinən mesajlar başqa messencerlərdə reallaşdırılmış analoji funksiyanı xatırladır, lakin bir qədər fərqlənir.
“WhatsApp” messencerində yeni funksiya
“WhatsApp” messenceri 7 gün sonra avtomatik silinən mesajlar funksiyasını istifadəyə verib. Olaylar.az xarici mediyaya istinadən bildirirki, "WhatsApp mesajları çox vaxt bizim telefonlarımızda həmişəlik qalır. Yaxınlarımız və dostlarımızla bağlı xatirələr bizim üçün çox vacib olsa da, göndərilən mesajların böyük əksəriyyəti xüsusi əhəmiyyət kəsb etmir. Bununla əlaqədar olaraq sizə “WhatsApp” messencerində avtomatik silinən mesajlar rejimini təqdim edirik" – məlumatda deyilir.
Telefonlarınız üçün BÖYÜK TƏHLÜKƏ: təxribat xarakterli SMS-lər...
“WhatsApp” birbaşa çatda alış-veriş etməyə imkan verəcək
“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri kiçik biznes üçün imkanların genişləndirilməsini elan edib. Brendin nümayəndələri ilə yazışma zamanı istifadəçilər məhsul və xidmətlərin kataloqlarını istəyə, məsləhət ala və birbaşa çatda alış-veriş edə biləcəklər.
“Facebook” da YENİLİK - Avropada tanışlıq üçün servis istifadəyə vedi
Eyniadlı sosial şəbəkənin məxsus olduğu “Facebook” şirkəti Avropanın 32 ölkəsində “Dating” tanışlıq servisini istifadəyə verib. Bu barədə şirkətin yaydığı bəyanatda deyilir. Olaylar.az xarici mediyaya istinadən bildirir ki, bəyanatda deyilir: “Bu gün biz Avropada çoxsaylı insana ümumi maraqlar, tədbirlər və qruplar vasitəsilə vacib əlaqələr yaratmasına kömək üçün “Facebook Dating” servisini istifadəyə veririk”. Şirkət nümayəndələrinin sözlərinə görə, tanışlıq üçün platformadan Avstriya, Belçika, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Xorvatiya, Macarıstan, İrlandiya, İtaliya və digər Avropa dövlətlərində istifadə mümkün olacaq.
“WhatsApp” da masaüstü kompüterlər üçün YENİLİK
"WABetaInfo" insayder resursunun məlumatına görə, populyar messencerin tərtibatçıları messencerin masaüstü versiyası üçün səsli və videozəng funksiyasını sınaqdan keçirir. Olaylar.az xarici mediyaya istinadən bildirir ki, dərc edilmiş ekran görüntülərinə əsasən, müvafiq funksiyalar artıq beta sınaq mərhələsindədir. Ekran görüntülərinə əsasən, zəng daxil olduqda kompüterin ekranında cavab vermək və ya imtina etmək kimi seçimlərdən ibarət üzə çıxan pəncərə yaranır.
“WhatsApp” istifadəçiləri üçün yeni TƏHLÜKƏ
Cinayətkarlar “WhatsApp” messencerində onun işini poza biləcək və yazışmaların tarixçəsini silə biləcək mesajlar yayırlar. Bu haqda adətən yeni funksiyalar haqqında informasiya paylaşan “WABetaInfo” saytı məlumat verib.
“Facebook Messenger”də mesajların göndərilməsinə məhdudiyyət qoyulub
“Facebook” şirkəti öz platformalarında yalan məlumatların yayılması ilə mübarizə aparmağa davam edir. Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu dəfə “Facebook Messenger” messencerində mesajların kütləvi göndərilməsinə qarşı məhdudiyyət tətbiq edilməsi elan edilib. İndi xidmət eyni anda ən çox 5 istifadəçi və ya qrupa mesaj göndərilməsini həyata keçirməyə imkan verir.
"Apple” şirkəti 2019-cu ildə buraxılan bütün smartfonlar seriyasını istehsaldan çıxaracaq
“Apple” şirkəti 2019-cu ildə buraxılan bütün smartfonlar seriyasını istehsaldan çıxaracaq. Bu barədə “iAppleTimes” təxəllüslü insayderin “Twitter” hesabında deyilir. Olaylar.az xarici mediaya istinadən bildirir ki, blogerin sözlərinə görə, payızda brendin aktual qabaqcıl modelləri olan “iPhone 11 Pro” və “11 Pro Max” smartfonlarının istehsalı və satışı dayandırılacaq. Bundan başqa, satışdan 2018-ci ildə buraxılan “iPhone XR” çıxarılacaq. Müəllif qeyd edib ki, satışdan çıxarılmayan aktual seriyalı yeganə smartfon əsas “iPhone 11” modeli olacaq. Qurğunun qiyməti 150 dollar aşağı salınaraq 549 dollar təşkil edəcək.
“WhatsApp”ın proqramçıları messencerdə vacib problemi həll edəcəklər
Populyar “WhatsApp” messencerində narahatlıqlardan biri fayl paylaşımı vaxtı smartfonun yaddaşının müntəzəm olaraq dolmasıdır. Olaylar.az xarici mediaya istinadən bildirir ki, qurğunun yaddaşını təmizləmək üçün istifadəçilər böyük tutumlu məzmunu özləri silməli və ya bütün keşi tamamilə təmizləməli olurlar. Amma tezliklə bu vəziyyət dəyişməlidir. İnsayderlərin məlumatına görə, messencerin proqramçıları artıq genişləndirilmiş "multimedia" funksionallığına malik yeniləməni sınaqdan keçirirlər.
Köhnə dizayn sentyabrda tamamilə deaktiv ediləcək - “Facebook”-un
Facebook” şirkəti 2019-cu ildə təqdim edilmiş yenilənmiş interfeysə son keçidi elan edib. Gələn aydan etibarən sosial şəbəkənin yeni versiyasından klassik versiyasına keçid mümkün olmayacaq. Olaylar.az xarici mediaya istinadən bildirir ki, “Facebook”un 15 il mövcudluğu ərzində ən mühüm yenidən dizaynı ötən ilin mayında “F8” konfransında şirkətin direktoru Mark Zukerberq təqdim edib. Yuxarı hissədən göy rəngli başlıq aradan qaldırılıb, şriftin ölçüsü artırılıb, qara rəngli interfeys tətbiq edilib, interfeys isə daha işıqlı rəng tonlarında işlənilib.
“TikTok” video xidmətinin analoqunu istifadəyə verildi
Çinin populyar “TikTok” video xidməti bir müddət əvvəl Hindistanda qadağan edilib. “Bloomberg”in məlumatına əsasən, indi ölkədə “TikTok” xidmətinin “HiPi” adlı analoqu istifadəyə verilib.














