“WhatsApp”ın proqramçıları messencerdə vacib problemi həll edəcəklər

Populyar “WhatsApp” messencerində narahatlıqlardan biri fayl paylaşımı vaxtı smartfonun yaddaşının müntəzəm olaraq dolmasıdır. Olaylar.az xarici mediaya istinadən bildirir ki, qurğunun yaddaşını təmizləmək üçün istifadəçilər böyük tutumlu  məzmunu özləri silməli və ya bütün keşi tamamilə təmizləməli olurlar. Amma tezliklə bu vəziyyət dəyişməlidir. İnsayderlərin məlumatına görə, messencerin proqramçıları artıq genişləndirilmiş "multimedia" funksionallığına malik yeniləməni sınaqdan keçirirlər.

Populyar "WhatsApp" messencerində narahatlıqlardan biri fayl paylaşımı vaxtı smartfonun yaddaşının müntəzəm olaraq dolmasıdır.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, qurğunun yaddaşını təmizləmək üçün istifadəçilər böyük tutumlu  məzmunu özləri silməli və ya bütün keşi tamamilə təmizləməli olurlar. Amma tezliklə bu vəziyyət dəyişməlidir. İnsayderlərin məlumatına görə, messencerin proqramçıları artıq genişləndirilmiş "multimedia" funksionallığına malik yeniləməni sınaqdan keçirirlər.
 
"WABetaInfo" internet resursu "WhatsApp" messencerinin sınaq mərhələsində olan beta versiyasının interfeysindən ekran görüntüsü dərc edib. Ekran görüntüsünə əsasən demək olar ki messencer tezliklə daxili fayl menecerinə malik olacaq ki, nəticədə istifadəçilər yazışmaların tarixçəsində multimedia məzmunu tərəfindən tutulan yaddaşın həcminə nəzarət edə biləcəklər. Bundan başqa, mənbənin məlumatına görə, messencerə "ağıllı" yaddaş təmizləmə alqoritmi inteqrasiya ediləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31