Hər simvola görə bir sent
2018-ci ildə Twitter sosial şəbəkəsinin baş icraçı direktorunun maaşı 140 sent təşkil edib.
9 Aprel 2019 15:51 İKT2018-ci ildə Twitter sosial şəbəkəsinin baş icraçı direktorunun maaşı 140 sent təşkil edib.
Olaylar.az bildirir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Valyuta Komissiyası bəyanat verib.
Göstərilən məbləğ "Twitter" də bir paylaşımın maksimal simvol sayını əks etdirir ki, bu da 2006-cı ildə təyin olunmuş qaydalara uyğun gəlir. 2017-ci ilin sonunda şirkət bu limiti 280 simvola qədər artırmışdır.
Dorsey 2015-ci ildə CEO (baş icraçı direktor) vəzifəsinə gəldiyi gündən bəri ilk dəfədir ki maaş alır.
Forbes jurnalına görə, Jack Dorsey dünyanın ən zəngin insanların siyahısında 347-ci yeri tutur. Jurnal olun sərvətini 5,4 milyard dollar dəyərində qiymətləndirir.