İdman

Lionel Messi daha bir rekorda imza atıb

24 Noyabr 2016 11:47

"Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb. Olaylar.az APA-ya istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində, "Seltik"-lə ilə matçda dubl edən Messi  beynəlxalq klub turnirlərində 100 qol vuran ilk futbolçu olub.  

İkiqat olimpiya çempionu qazandığı medallardan məhrum oldu

23 Noyabr 2016 19:00

Ağırlıqqaldırma üzrə qazaxıstanlı olimpiya çempionu İlya İlyin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sərt cəzaya məruz qalıb.  Olaylar.az report-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı qızıl medallardan məhrum olub. 94 kq çəkidə çıxış edən İ.İlyinin A və B nümunələrinin təkrar analizindən sonra dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş preparat izləri aşkarlanıb. İdmançının olimpiadada qazandığı medal və diplomlarının alınması ilə yanaşı, nəticələrin də ləğv edilməsinə qərar verilib.

Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verə bilər

23 Noyabr 2016 14:50

Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində deyilir.

Qrizman Ronalduya Mayamidə ürək sözlərini deyib

22 Noyabr 2016 19:00

"Qızıl top"a real namizədlərdən olan Kriştianu Ronaldu "France Football"a maraqlı açıqlamalar verib. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu son Avropa çempionatı barədə geniş danışıb.

İbrahimoviç "ilin ən yaxşı futbolçusu" seçildi

22 Noyabr 2016 18:55

İsveçdə 2016-cı ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, bu mükafata İsveç millisinin sabiq üzvü və "Mançester Yunayted"in 35 yaşlı hücumçusu Zlatan İbrahimoviç layiq görülüb.

Futbol sevgisi gecəni tualetdə keçirmələrinə səbəb oldu

22 Noyabr 2016 18:27

"Old Trafford"un təhlükəsizlik xidməti Premyer Liqanın 12-ci turunda keçirilən "Mançester Yunayted" - "Arsenal" (1:1) oyunundan öncə stadionun tualetində 2 tələbə aşkar edib.

İdmançılarımız İtaliyadan qələbə ilə qayıdıb

22 Noyabr 2016 17:46

İtaliyanın Eboli şəhərində keçirilən pankration üzrə dünya çempionatında Azərbaycan idmançıları yüksək nəticə əldə ediblər. “OLAYLAR”-ın xəbərinə görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Mutayev Ömər 78 kq çəki dərəcəsində I yeri, Quliyev Seymur isə 93 kq çəki dərəcəsində II yeri tutub. Qeyd edək ki, dünya çempionatında 43 ölkənin idmançıları iştirak edib.

Şahmat turniri başa çatıb

22 Noyabr 2016 12:28

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan 9 noyabr "Dövlət Bayraq Günü" və 12 noyabr "Konstitusiya Günü"nə həsr olunmuş şahmat turniri başa çatıb. Azərbaycan Şahmat Federasiyasında keçirilən turnir İqtisadiyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında beynəlxalq usta Rəhim Qasımovun hakimliyi altında İsveçrə sistemi əsasında keçirilib və yarış 9 turdan ibarət olub.

2006 mundialının iştirakçısı dünyasını dəyişdi

22 Noyabr 2016 12:23

Kosta-Rika millisinin eks-futbolçusu Qabriel Badilya dünyasını dəyişib. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, 10 km məsafəyə qaçışa qoşulan 32 yaşlı müdafiəçi finişə az qalmış huşunu itirib. Həkimlərin ciddi cəhdinə baxmayaraq ürək tutması keçirən Badilyanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə noyabrın 20-da baş verib.

Berti Foqts qovuldu

22 Noyabr 2016 09:11

"Yuventus"dan 16 yaşlı futbolçuya yeni müqavilə

21 Noyabr 2016 19:00

"Yuventus" Moyze Kinlə müqaviləsini yeniləməyə hazırlaşır. Olaylar.az  goal.az-a istinadən xəbər verir ki, 16 yaşlı hücumçuya 3 illik müqavilə və 250 min avro məvacib təklif edir. Kin qərarı valideynləri və agenti Mino Rayola ilə birlikdə verəcək. "Peskara" ilə görüşdə meydana çıxan Kin A Seriyasında oyun keçirən 2000-ci il təvəllüdlü ilk futbolçu olmuşdu. 

Bolqarıstan millisinin üzvü Azərbaycan klubunda?

21 Noyabr 2016 18:42

Bolqarıstanın "Levski" klubunun futbolçusu Georgi Kostadinov karyerasını Azərbaycanda davam etdirə bilər. 

"Qarabağ" və "Qəbələ"nin Avroliqa matçının hakimləri açıqlandı

21 Noyabr 2016 18:41

Avropa Liqasında qrup mərhələsinin V turunun hakim təyinatları açıqlanıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan klubları "Qarabağ" və "Qəbələ"nin də matçını idarə edəcək baş hakimlər müəyyənləşib.

""Qarabağ"la görüşə kimi nəyisə dəyişmək lazımdı"

21 Noyabr 2016 18:40

Son vaxtlar kompakt oynaya bilmirik. Buraxdığımız səhvlər də bundan qaynaqlanır. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiyanın "Slovan" klubunun baş məşqçisiYindrix Trpişovski deyib.