İdman
İdmançının xanımından ETİRAF: "Yatağımın yanında qırmanc saxlayıram"
NBA-nın ulduz basketbolçusu Lamar Odomun keçmiş həyat yoldaşı Xlo maraqlı etiraflar edib. Olaylar.az fanat.az-a istinadən xəbər verir ki, o, seks həyatı ilə bağlı açıqlamalar verib.
Faciəyə düşmüş klubda yasdır
Braziliyanın "Şapokoense" futbol klubunun heyətinin olduğu təyyarənin qəzaya uğradığı məkanda axtarışlar başa çatıb.
Ronalda qəzaya düşən futbolçuların ailələrinə 3 milyon bağışladı
Təyyarə qəzasında sağ qaldı, ürəyi partladı
Medelin şəhərində baş verən təyyarə qəzasından "Şapekoense" klubunun qapıçısı Danilo Padilhanın xəsarətsiz sağ qurtulduğunu xəbər vermişdik. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiperin ürəyi partlayıb. Futbolçu hadisənin şokundan ayıla bilməyib.
Robert Prosineçki "Qarabağ" - "Qəbələ" matçına proqnoz verib
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Qarabağ" və "Qəbələ" komandaları arasında Premyer Liqanın XIII turu çərçivəsində keçiriləcək oyunla bağlı proqnoz verib.
Şevçenko: "Postsovet ölkələri məni maraqlandırmır"
Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko hazırda Gürcüstanın baş naziri olan Kaxa Kaladze ilə birgə vaxtilə İtaliya "Milan"ında futbolçu kimi çıxış etdiyi halda, keçmiş SSRİ respublikalarından heç birinin nəhəng klublarda oynamamasının səbəbini açıqlayıb.
SON DƏQİQƏ: Futbolçuları daşıyan sərnişin təyyarəsi QƏZAYA UĞRADI
Azərbaycanın üç yığma komandasının baş məşqçisi müəyyənləşib
Azərbaycanın üç yığma komandasının baş məşqçisi müəyyənləşib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Təbriz Həsənova həvalə olunub.
İngiltərə millisindən imtina etdi, Kot-d`İvuarı seçdi
"Crystal Palace" klubunun futbolçusu Uilfrid Zaha Kot-d`İvuar millisində çıxış etmək qərarına gəlib.
Finlandiyalı gimnast: "Bakıda məşqlər üçün gözəl şərait yaradılıb"
"Bakıda bədii gimnastika üzrə məşqlər edən xarici gimnastlar üçün gözəl şərait yaradılıb". Olaylar.az bildirir ki, bunu Trend-ə Bakıda təlim-məşq toplanışlarında iştirak edən finlandiyalı idmançı Yuki Tikkanen deyib.
Mourinyo cəzalandırıla bilər
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Vest Hem"lə oyunda baş hakim Conatan Mossun qərarına etiraz etdiyinə görə texniki zonadan uzaqlaşdırılmışdı. Referi Pol Poqbaya simulyasiya etdiyinə görə sarı vərəqə göstərdiyi anda portuqal mütəxəssis əsəblərini cilovlaya bilməmiş və su butulkasına təpik vurmuşdu.
"Böyükağa Hacıyev ermənilərə oyun satıb"
Xəbər verdiyimiz kimi, Premyer Liqanın 13-cü turu çərçivəsində "Kəpəz" Gəncədə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra futbol idman növü üzrə Azərbaycan Respublikasının "İdman ustası" dərəcəsi almış Şahmir Hüseynovla həmsöhbət olduq.
Mourinyo cəzalandırıla bilər
Azərbaycanda idman növlərinin sayı artırılacaq
Azərbaycanda idman növlərinin sayının artırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası" layihəsinin "İdman siyasətinin əsas istiqamətləri" bölməsində əks olunub.
9 ildə 192 medal
Ötən həftə paytaxt Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi etdi. Sayca 9-cu dəfə keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi artıq ənənə halını alıb. Bu dəfəki yarışı digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması idi. AGF-dən “OLAYLAR”-a bildirilib ki, yarışda 49 ölkədən 500-ə yaxın iştirakçı olub. Güləş üzrə ölkə yığma komandalarımız həmişə olduğu kimi bu dəfə də öz inamlı çıxışları ilə yadda qaldı. Belə ki, hər üç növ güləş yığmaları 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal qazandırdı. Beləliklə, 9 ilin yekunlarına görə sərbəst güləşçilərimizin qazandığı medalların sayı 86-ya çatıb.














