FİFA bütün çempionatlarda sükut elan edib

Kolumbiyadakı təyyarə qəzasında həyatlarını itirən Braziliyanın "Şapekoense" klubunun üzvlərinin xatirəsini yad etmək məqsədilə həftəsonu bütün çempionatlarda keçiriləcək oyunlardan öncə bir dəqiqəlik sükut olunacaq.

Bu barədə qərarı FİFA qəbul edib. 

Arda Turanla bağlı şok  iddia

Qərara əsasən, futbolçular oyunlara qara sarğıda çıxmalıdırlar. 
Qeyd edək ki, bu həftə Azərbaycanda yalnız ölkə kubokunun 1/8 final oyunları keçiriləcək. Bakının "İnter" klubu həmin qəzada dünyasını dəyişmiş sabiq futbolçusu Filipe Maçadonu yad edəcək. Peşəkar Futbol Liqasının razılığına əsasən, "Qaradağ Lökbatan"la bugünkü görüşdən öncə bir dəqiqəlik sükut olacaq.
Qeyd edək ki, qəzada təyyarədə olan 81 nəfərdən 76-sı dünyasını dəyişib. Onlardan 22-si "Şapekoense" klubunun futbolçuları olub.

Olaylar.az report-a istinadən xəbər verir ki, Filipe Maçadodan əlavə, "Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Villiam Tieqo de Xesus da faciəvi hadisədə həyatını itirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31