Bakı-Madrid fərqi
Bakı-Madrid fərqi
3 İyun 2019 14:29 İdmanYaxud azarkeşə yol göstərən Azərbaycan polisi daha humanistdir, yoxsa onu dəyənəkləyən ispan polisi?
Ötən həftə Azərbaycan, onun paytaxtı Bakı şəhəri yenidən dünyanın, əsas etubarilə də Avropanın diqqət mərkəzində oldu. Yenə Azərbaycan qoca qitəni müsbət mənada heyrətləndirə, təəccübləndirə bildi. Baxmayaraq ki, hər zaman olduğu kimi, bu dəfə də Bakının mötəbər idman yarışına evsahibliyi etməsinə qarşı ciddi bir kampaniya formalaşmışdı və hər vəchlə çalışılırdı ki, UEFA-nın final qarşılaşması, "Arsenal" və "Çelsi" komandalarının kubok uğrunda son yarışı Bakıda keçirilməsin. Elə hər iki futbol klubunun təmsilçisi sayılan İngiltərənin özü də müəyyən mənada bu oyunun Azərbaycanda keçirilməsini istəmir, müxtəlif bəhanələrlə final qarşılaşmasının başqa ölkədə təşkil olunmasına cəhd göstərirdi. Ancaq UEFA-nın prinsipial qərarı "Arsenal" və "Çelsi" qarşılaşmasının Bakıda baş tutmasına imkan verdi.
Bakı çoxdan bu qarşılaşmaya yüksək səviyyədə hazırlaşırdı. Necə ki, "Evrovision", Avropa Oyunları, İslam Həmrəyliyi Oyunlarında da anoloji hazırlıq işləri həyata keçirilmiş və həmin tədbirləri də yüksək səviyyədə başa vurmuşdu. İndi isə növbə UEFA-nın final qarşılaşması idi. Final oyununu izləmək üçün Azərbaycana təşrif buyurmuş hər bir turist Hava Limanından, yaxud dəmir yolu vağzalından qaldığı otelə, izləməyə getdiyi arenaya qədər tam təhlükəsiz şəraitdə çatdırılmışdı. Elə bunu ölkəmizdə səfərdə olan turistlər özləri də etiraf ediblər. Eyni ilə futbol qarşılaşması bitdikdən sonra da bütün qurumların səfərbər şəkildə və yüksək peşəkarlıqla işinin öhdəsindən layiqincə gəlməsi paytaxtımızın qonağı olan hər bir xarici turistdə yüksək heyranlıq yaratmışdı. Təsadüfi deyil ki, hələ də paytaxtımızın qonağı olan xarici turistlər var ki, onlar məhz mayın 29-da Azərbaycana UEFA-nın final qarşılaşmasını izləməyə gələnlərdir. Onlar Bakıdakı, ümumilikdə Azərbaycandakı mövcud siyasi sabitliyi görüb burada istirahət etmək imkanını da dəyərləndiriblər.
Bakıda UEFA-nın final oyununun ardınca isə İspaniyada UEFA Çempionlar Liqasının qarşılaşması baş tutub. Bakıda olduğu kimi Madriddə də oyun iki ingilis klubu arasında keçirilib. "Liverpul" və "Tottenhem" arasında keçən oyunun nəticələrinə toxunmadan Bakı ilə Madridin oyuna necə hazırlaşdığını və necə təşkil etdiyini müqayisə edək. Hər halda xarici KİV-lər, eləcə də futbol qarşılaşmasını izləyən azarkeşlərin qənaəti ondan ibarətdir ki, Madriddə baş tutan Çempionlar Liqasının final qarşılaşması bərbad vəziyyətdə təşkil edilib və yekunlaşıb. Yüzlərlə turist otel vı mehmanxanaların baha olması səbəbindən Madrid küçələrindəı gecələmək məcburiyyətində qalıb. Yaxud şəhərdə turistlərin, azarkeşlərin gedəcəyi yeri istiqamətləndirmək üçün heç bir bələdçi olmayıb ki, bu da Madridin ingilsi qonaqlarının ciddi etirazına, nəticə etibarilə azarkeşlərlə polis arasında qarşıdurmaya gətirib çıxarıb. Azərbaycan polisi UEFA-nın final qarşılaşmasını izləməyə gələnləri yol göstərib, onlara nəvazişlə davrandığı halda, ispan polisi isə Madridin qonaqlarına zopa, dəyənək göstərib, onlara fiziki güc tətbiq edib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı deyib ki, futbol azarkeşi olmasa da, amma Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunundan sonra hamı kimi Madriddə keçirilən Çempionlar Liqasının finalı ilə də maraqlanıb: "Niyə? Çünki Bakıda keçiriləcək "Arsenal"-"Çelsi" qarşılaşmasından öncə ölkəmiz barədə o qədər anti-təbliğat, hay-küy qoparıldı ki, dedim görüm başqa ölkələrdə bənzər çempionatlarda vəziyyət necə olur. Açığı İspaniyanın paytaxtı Madriddə "Tottenhem" və "Liverpul" arasında Çempionlar Liqasının final oyunu ərəfəsi və sonrası baş verənləri oxuduqdan, gördükdən sonra Azərbaycana qarşı aparılan çoxsifətli standart deyil, məhz qərəzli və abırsız kampaniya müəlliflərinin üzünə tüpürmək istəyirəm. Başda Britaniya rəsmiləri olmaqla, Azərbaycanda təhlükəsizlikdən nigarançılığını ifadə edənlər görəsən, Madriddə bilet saxtakarlıqlarından tutmuş, azarkeş həbslərinə qədər olan biabırçılıqları necə normal, belə də olmalıymış kimi qəbul edirlər? Necə olur Bakıya gələndə tələblər yüksək, Madriddə isə gözlər qapalı olur? Yenə deyirəm, bu, artıq çoxsifətli standartı aşır. Bu qərəz və abırsızlıqdı!". Jalə Tofiqqızı Azərbaycan polisi, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, ümumiyyətlə Avropa Liqasının final oyununun təhlükəsiz, qüsursuz, insidentsiz, yüksək səviyyədə keçməsində iştirak edən hər kəsə yüksək peşəkar xidmətə görə təşəkkür edib: "Çox sağolun. Bununla Azərbaycan bir daha təsdiq etdi ki, müxtəlif təxribatlara, mıxtaryanların və onun yandaşlarının haray-həşirinə baxmayaraq, ictimai-siyasi sabit ölkədir və istənilən beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edə bilir. Azərbaycanda təhlükəsizliyin qarantı prezidentdir. Prezident azarkeşlərin əlini sıxa biləcək qədər onlara yaxındır. Bu münasibəti hansı futbol azarkeşi, hansı ingilis başqa ölkədə görüb?"
Bir sözlə, Bakıda keçirilən UEFA Avroliqa finalı Azərbaycan dövlətinin, ayrı-ayrı hakimiyyət strukturlarının olduqca səmərəli və peşəkar fəaliyyətinin əyani təsdiqi oldu. Azərbaycan göstərdi ki, 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkl etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir.
S.İsmayılbəyli