Azərbaycan daha bir imtahandan, sınaqdan alnıaçıq, üzüağ çıxdı- Təhlil

Kamilə Əliyeva: "Ölkəmizi istəyən və istəməyən dairələr, mərkəzlər bir daha Azərbaycan reallıqları, həqiqətləri, gerçəklikləri ilə qarşılaşdı, üz-üzə qaldı"

Bütün dünya bir daha şahid və əmin oldu ki, Azərbaycan necə böyük mədəniyyətə malik sivil bir ölkədir, dünyəvi, unitar, demokratik, modern bir məmləkətdir"

Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, qarşısına qoyduğu hədəfləri, məqsəd və vəzifələri ən yüksək səviyyədə həyata keçirir, reallaşdırır. Baxmayaraq ki, ölkəmizin qarşısına qoyduğu hədəflərə nail olmaması üçün ona çox təzyiqlər göstərilir, qərəzli yanaşma ortaya qoyulur. Ancaq, bütün bunlara baxmayaraq Azərbaycan hər bir təzyiqlərə, ədalətsiz və qərəzli yanaşmalara sinə gələrək qarşısına qoyduğu məqsədi həyata keçirir. Necə ki, "Evrovision" musiqi yarışması, Birinci Avropa Oyunları, İslam Hərməyliyi Oyunları, "Formula-1" kimi mühüm əhəmiyyət kəsb edən tədbirlərə evsahibliyi etmək missiyasını öz üzərinə götürərək hər bir missiyanı şərəfli yerinə yetirdiyi kimi, eləcə də UEFA-nın final qarşılaşmasını da Bakıda keçirmək təklifini irəli sürməklə onu yüksək səviyyədə həyata keçirmiş oldu. Baxmayaraq ki, bu ərəfədə də Azərbaycan ənənəvi ədalətsiz təzyiqlər, qarayaxmalarla qarşılaşdı. Ancaq yuxarıda qeyd etdiyimiz kimi qarşısına qoyduğu bu missiyanı da şərəflə yerinə yetirdi. Elə millət vəkili Kamilə Əliyeva da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan daha bir nüfuzlu beynəlxalq tədbirə, gözəl idman yarışına, UEFA Avropa Liqasının "Çelsi"-"Arsenal" final qarşılaşmasına uğurla və layiqincə ev sahibliyi etdi.
Onun sözlərinə görə, Azərbaycanımız, paytaxtımız Bakı, xalqımız, dövlətimiz daha bir imtahandan, daha bir sınaqdan alnıaçıq, üzüağ çıxdı: "Mayın 29-dan 30-a keçən gecə dünya, Azərbaycanı istəyən və istəməyən dairələr, mərkəzlər bir daha Azərbaycan reallıqları, həqiqətləri, gerçəklikləri ilə qarşılaşdı, üz-üzə qaldı. Bütün dünya bir daha şahid və əmin oldu ki, Azərbaycan necə böyük mədəniyyətə malik sivil bir ölkədir, nə qədər böyük inkişafa, çiçəklənməyə, tərəqqiyə nail olunmuş dünyəvi, unitar, demokratik, modern bir məmləkətdir. Azərbaycan "Çelsi"-"Arsenal" qarşılaşmasını möhtəşəm şəkildə təşkil etməklə, keçirməklə, bütün hazırlıq işlərini və təhlükəsizlik tədbirlərini ən üst səviyyədə görməklə, həmin günlə bağlı məkrli ssenari cızanların, kirli plan planlayanların bütün çirkin və murdar arzularını, niyyətlərini gözlərində qoydu, onları növbəti dəfə xəyalqırıqlığına uğratdı, fiaskoya düçar etdi". Millət vəkilinin sözlərinə görə, bunun əksini gözləmək də qeyri-mümkün idi. Çünki Azərbaycan bu günə kimi, nəyi üzərinə götürübsə, nəyi reallaşdırmaq istəyibsə, hamısına da nail olub, hamısını da bir-bir layiqli şəkildə bacarıb:  "Bu dəfə də belə oldu, bu dəfə də nəyi necə etmək lazımdırsa, onu da etdi - özü də qat-qat layiqincə, çox-çox möhtəşəmcəsinə.
Futbol gözəl, dünyanın böyük və mütləq əksəriyyətinin, bəlkə də planetin iki üzvündən birinin maraqla, həyəcanla, zövlə izlədiyi, həzz, ləzzət aldığı bir idman növü, idman yarışıdır. Eyni zamanda, siyasətdən uzaq olan bir yarışdır. İdmanın idman, futbolun futbol yeri, siyasətin siyasət, siyasətşünaslığın siyasətşünaslıq yeri var və olmalıdır. İdmanı, futnolu kirli, çirkin siyasi maraqlar naminə siyasətin alətinə və qurbanına çevirmək olmaz. Futbol, idman siyasətə alətə ediləndə, öz gözəlliyindən, möhtəşəmliyindən çıxmış olur və çox zaman da bunu edənlərin özlərinə qarşı çevrilir, bumeranqa dönüb, zərbəsi ilk öncə onların özlərinə dəyir. Bu dəfə də belə oldu. Adını çəkmək istəmədiyim bir erməni futbolçuya görə bütün dəyərləri yerə vuranlar, haqqı, ədaləti unudanlar, Azərbaycana şər-böhtan yağdıranlar mayın 29-dan 30-a keçən gecə öz layiqli cavablarını aldılar. Futbol oynamaq əvəzinə, kirli siyasət oynayanlar dərin kədərə və qüssəyə qərq oldular. "Çelsi"lilər möhtəşəm oyun göstərməklə, "Arsenalı" necə deyərlər, darmadağın etdilər və Avroliqanın kubokunu qazandılar. Buna ilahi ədalət də demək olar. Allah da həmin gün "Çelsi"nin, ən əsası haqqın, haqlının, Azərbaycanın tərəfində oldu. Erməni futbolçuya görə timsah göz yaşlarını tökənlər, indi gedib "Arsenal" və ermənilərlə birlikdə ağlasınlar və göz yaşları töksünlər. Atalar məsəlimizdə də deyildiyi kimi, nə tökərsən aşına, o da çıxar qaşığına".
Kamilə Əliyeva qeyd edib ki, Azərbaycan həmişə bacardığı kimi yenə bacardı: "Bundan sonra da bacaracaq, bundan sonra da qarşısına çıxan bütün maneələri, sədləri, əngəlləri, haqsızlıqları bir-bir aşacaq, dəf edəcək, daha böyük əzmlə gələcəyə, zəfərlərə doğru yürüyəcək. Yürüşün, zəfərin mübarək, Azərbaycan".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31