Formula-1 yarışında 100-ə yaxın xarici könüllülər iştirak edəcək
“Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-Prisində ümumilikdə 12 000-dən çox könüllü qeydiyyatdan keçib. Hazırda isə 5000 könüllü məkan təlimlərində iştirak edir”. Bunu SİA-ya açıqlmasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin treninq üzrə koorinatoru Sevinc Cəfərova deyib.
9 İyun 2016 12:25 İdman"Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-Prisində ümumilikdə 12 000-dən çox könüllü qeydiyyatdan keçib. Hazırda isə 5000 könüllü məkan təlimlərində iştirak edir". Bunu SİA-ya açıqlmasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin treninq üzrə koorinatoru Sevinc Cəfərova deyib.
O qeyd edib ki, məkan təlimlərində iştirak edən könüllülər nəzəri məşğələlərdən sonra, çalışacaqları məkanlarla tanış olurlar: "Artıq könülllülərin bölgüsü aparılıb və iş cədvəlləri müəyyənləşdirilib. İş cədvəlləri məkan və rola görə fərqlidir. Könüllülərin sonuncu iş günü iyunun19-dur. Bir çox könülllülər isə artıq iyunun 1-dən işə başlayıblar. Onların kütləvi olaraq işi iyunun 13-dən başlayacaq".
BŞH-nin koordinatoru vurğulayıb ki, könülllər arasında xarici vətəndaşlar da var: "Formula-1 yarışında Pakistan, İran, ABŞ, İngiltərə, Afrika ölkələrindən 100-ə yaxın xarici könüllülər iştirak edəcək. Onların yaş kateqoriyası müxtəlidir. Xarici könüllülər daha çox 20-30 yaş arasındadırlar".