Rusiyada "MiQ-29" qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın Moskva vilayətində "MiQ-29" çoxməqsədli qırıcı təyyarəsi qəzaya uğrayıb.
9 İyun 2016 12:20 DünyaRusiyanın Moskva vilayətində "MiQ-29" çoxməqsədli qırıcı təyyarəsi qəzaya uğrayıb.
"RİA Novosti"nin verdiyi məlumata görə, hadisə vilayətin Puşkin rayonunun Muranovo kəndi yaxınlığında baş verib. Pilotun öldüyü bildirilir.
Təyyarə təlim-məşq uçuşu həyata keçirmək üçün havaya qaxıb.
Hadisə ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31