Qvardiolaya 200 milyonluq büdcə

"Mançester Siti" yay fasiləsində heyətini gücləndirmək üçün hərəkətə gəlib. Apasport.az  bildirir ki, "şəhərlilər", xüsusən də, ulduz futbolçuları transfer edəcək. Rəhbərlik mövsümün sonunda baş məşqçi postuna gətiriləcək Pep Qvardiolaya transfer məsələsində geniş səlahiyyət verəcək. Belə ki, ispaniyalı mütəxəssisin istədiyi oyunçuların alınması üçün 200 milyon avro pul ayrılacaq. Qvardiolanın maraq dairəsində olan ulduz futbolçular arasında Luis Suares, Con Stounz, Manuel Noyer və Serxio Buskets də var.

Qeyd edək ki, yayda Yaya Ture başda olmaqla, bir neçə oyunçunun ada klubundan ayrılması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31