Hamit Altıntopun ayağı qırılıb
4 Mart 2016 18:20 İdman"Qalatasaray"ın təcrübəli futbolçusu Hamit Altıntopun başının üstünü "qara buludlar" alıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, zədəsini yenicə sağaldan 34 yaşlı yarımmüdafiəçi hazırlıq zamanı ayağından zərbə alıb. Nəticədə ayağı qırılan Hamit məşqi yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Tibbi müayinənin nəticəsində Altıntopun ayağının qırıldığı təsdiqlənib. Futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağı hələ müəyyənləşməyib.
Qeyd edək ki, karyerası ərzsində "Şalke", "Bavariya" və "Real" (Madrid) klublarının da formasını geyinmiş Hamit Altıntop 2012-ci ildən "Qalatasaray"ın oyunçusudu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31