Cüdoçularımız açıq Panamerika çempionatında iştirak edəcək

Martın 5-də Perunun paytaxtı Limada cüdo üzrə açıq Panamerika çempionatı start götürəcək. GİN-dən "OLAYLAR"-a daxil olan məlumata görə, iki gün davam edəcək yarışda Azərbaycan yığması da çıxış edəcək. Komandamızın baş məşqçisi Peter Zayzenbaher Cənubi Amerikada yeddi idmançını sınaqdan keçirməyə qərar verib. O, Limada Vüqar Şirinli, Elbrus Zamanov (hər ikisi 60 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq) və Aişə Qurbanlıya (48 kq) şans verəcək.

Qeyd edək ki, yarışa 56 ölkədən 279 (166 kişi, 113 qadın) cüdoçu qatılacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31