"Qalatasaray" təsdiqlədi - "Qarabağ"la oyun olacaq
4 Mart 2016 15:19 İdmanDünən Azərbaycan mətbuatında "Qarabağ" və "Qalatasaray" klubları arasında yoldaşlıq görüşü keçiriləcəyi ilə bağlı məlumat yayımlanmışdı. Qafqazinfo bildirir ki, iki klubun martın 29-da Bakıda üz-üzə gələcəyi deyilirdi.
"Qalatasaray" klubunun mətbuat xidmətinin rəhbəri Alper Mert "Qafqazinfo"ya açıqlamasında bunları deyib: "Bəli, belə bir matç nəzərdə tutulub. Hazırda danışıqlar gedir. Oyunun olma ehtimalı yüksəkdir. Fikrimcə, bu qarşılaşma Bakıda baş tutacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31