Messi neçə het-trik edib?

Lionel Messi ilə Kriştianu Ronaldu arasında qol yarışı davam edir. Apasport.az  bildirir ki, dünən İspaniya La Liqasının XXVII turu çərçivəsində "Rayo Valyekano" ilə görüşdə het-trik edən "Barselona"nın lideri bu baxımdan əsas rəqibinə çatıb. "Barsa"nın 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada 3 qol vuran Messi karyerasındakı het-triklərin sayını 35-ə çatdırıb. Bu baxımdan o, "Real"ın qoleadoru Kriştianu Ronalduya məxsus rekordu təkrarlayıb. Bununla, Messi cari mövsümdə vurduğu qolların sayını 33-ə çatdırıb. Ronaldunun aktivində isə 35 qol var.

Qeyd edək ki, 27 turdan sonra "Barselona" 69 xalla La Liqaya başçılıq edir. Kataloniya klubu ən yaxın izləyiciləri olan "Atletiko"nu 8, "Real"ı isə 12 xal qabaqlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31