Arda Turan "Barselona"da ilk qolunu vurdu
4 Mart 2016 11:33 İdman"Barselona"nın futbolçusu Arda Turan Kataloniya təmsilçisinin heyətində ilk qolunu vurub. Trend-in məlumatına görə, bu, La Liqanın 27-ci turunda "Rayo Valyekano" ilə görüşə təsadüf edib. Matçın 66-cı dəqiqəsində meydana daxil olan Arda 12 dəqiqə sonra rəqibinə qarşı kobud oynadığı üçün hakim ona sarı əvəzinə qırmızı vərəqə göstərib. Lakin səhvini anlayan referi daha sonra qərarını dəyişərək Ardanı sarı vərəqə ilə cəzalandırıb. Oyunun 86-cı dəqiqəsində isə Arda Turan "Barselona"da ilk qoluna imza atıb.
Qeyd edək ki, oyun "Barselona"nın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31