Futbolçunun inancını təhqir edən azarkeşə cəza

Məhkəmə Frank Riberinin dini inancını təhqir edən "Bavariya" azarkeşi barədə hökmünü elan edib. Goal.az xəbər verir ki, 39 yaşlı azarkeş 160 gün ərzində fransalı yarımmüdafiəçiyə 10 avro cərimə ödəməlidir. O, sosial şəbəkədə Riberinin oğlu Seyf-əl İslamın adını məsxərə etdiyinə görə bu cəzaya düçar olub.

Riberi 2006-cı ildə İslamı qəbul edərək özünə Bilal adını seçmişdi. O, Vayba adlı əlcəzairli qadınla evlidir. Bu nikahdan onların Hiziya, Şahinez, Seyf-əl İslam və Məhəmməd adlı uşaqları var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31