Azərbaycan millisi Ukraynaya məğlub olub
3 Mart 2016 18:10 İdmanAvropa çempionatının bu il Bakıda keçiriləcək final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Bakıda təlim-məşq toplanışında olan Ukrayna komandası ilə 2-ci qarşılaşmasına çıxıb. İki gün əvvəl 0:2 hesabı ilə uduzan futbolçularımız yenə meydanı məğlub tərk ediblər. Belə ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada millimiz 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Təbriz Həsənovun yetirmələri ötən ay Rusiya ilə də iki yoxlama matçı keçirmişdi. Bakı Olimpiya Stadionundakı qarşılaşmalardan birincisində 1:5 hesabı ilə məğlub olan millimiz ikinci matçda qalib gəlmişdi - 1:0.
Yoxlama oyunu
3 mart
Azərbaycan (U-17) - Ukrayna (U-17) - 0:1
Qol: Denis Yanakov, 22
Bakı Olimpiya Stadionu