Güləşçimiz yenidən dünya birincisi oldu

Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Riqada baş tutacaq Avropa çempionatı öncəsi qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. AGF-dən "OLAYLAR"-a daxil olan məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 6 güləşçimizin adı var. Son Dünya çempionatının gümüş medalçısı Mariya Stadnik ötən ay Kiyevdə keçirilən beynəlxalq turnirdə qalib gələrək reytinq siyahısında yenidən birinciliyə yüksəlib. Kiyevdə keçirilən beynəlxalq turnirdə qazandığı nəticə Anjela Doroqanın bir pillə yüksəlməsi, Yuliya Ratkeviçin isə mövqeyini qoruması ilə nəticələnib. Onluğa daxil olan daha 2 güləşçimiz isə Nataliya Sinişin və İrina Netreba olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31