"Barselona"nın ulduzu Azərbaycan millisinin baş məşqçisindən danışdı
3 Mart 2016 11:47 İdman"Barselona"nın ulduzu İvan Rakitiç İngiltərə mətbuatına müsahibə verib. Qafqazinfo xəbər verir ki, o, müsahibəsində Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən də danışıb.
Xorvat ulduz jurnalistin "Sizin "Barselona"ya getməzdən öncə idealınız kim idi?" sualına "Prosineçki" deyə cavab verib: "Mən uşaq ikən Robert Prosineçkinin "Barselona"da oyununu izləyirdim. O mənim idealım idi. Hər zaman onun kimi olmağı arzulayırdım və xəyallarım "Barselona"da oynamaq idi. Artıq mən də Prosineçki kimi orada oynayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31