Stolüstü tennisçilərimiz liderdir
2 Mart 2016 17:58 İdmanFevralın 28-dən Malayziyanın paytaxtı Kuala-Lumpurda stolüstü tennis üzrə dünya çempionatına start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, Argentina, Qazaxıstan, Qvatemala və Monqolustan komandalarına qalib gələn Azərbaycanın qadınlardan ibarət yığması martın 2-də yarımqrup mərhələsində son görüşünü Latviya komandası ilə keçirib. Yığmamız 3:1 hesabı ilə Latviya komandasına qalib gələrək ilk dəfə öz divizionunda qrup lideri olub. Yarışlar martın 6-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31