Drimlənd Kolf Klubunda Louson, Kuin, Makkenzi və Lyuisin Fevral qələbəsi
2 Mart 2016 16:24 İdman21 fevral tarixində Dreamland Qolf Klubda qışın son qolf turniri keçirildi. Bu dəfə iştirakçların sayı rekord təşkil edərək 72 nəfər oldu. Bu cür turnirlər qolf klubun üzvləri və qonaqları arasında son dövrlərdə çox məşhurlaşmıdır. Hər turnirdən əvvəl iştirakçılara turnirə hazırlıqdan əvvəl baş tutan səhər yeməyi də təklif edilir. Daha sonra isə onlar qısa komanda brifinqi təşkil edir və qolf sahəsinə yarışmağa gedirlər.
Son turnirdəki qələbələrindən sonra Devid Louson, Qevin Makkenzi vı Den Lyuis komandalarında dəyişiklik edərək Con Kvini 4 cü oyunçu kimi dəvət ediblər. Onlar komanda şəklində gözəl oyun nümayiş etdirərək 58.7 xalla 1-ci yeri qazandılar. Bu bala 5-ci dəlikdə 3 ədəd "iql", 6, 7 və 10-cu dəliklərdə 3 "bördi", və 1-ci dəlikdə yeganə "drop" atışları daxil idi.
2-ci yeri çox az bal fərqi ilə, 59.4 balla Les Tulles, Styuart Maklin, Deymon Makleod və Stiv Nyufild qazandılar. Bu bala 3, 5, 6, 12, 13, 15, 17-ci dəlikləridə 7 fantastik "bördi", 7 və 9-cu dəliklərdə 2 "drop" atışı daxil idi.
3-cü yerə isə 60.2 xalla Do Sionq Kim, Deyvid Seo, Yanq Gil Jeong və Eun Bae Kangin daxil olduqları komanda layiq görüldülər.
Turnir ərzində iştirakçılar bacarıqlarını nümayiş etdirən müxtəlif müsabiqələrdə də iştirak etdilər. 4-cü dəlikdə "ən yaxın dəliyə atış" müsabiqəsində Devid Seo, 17-ci dəliyə "ən yaxın atış" Deyvid Brey, 3-cü dəliyə "ən uzun drayv atış"ı Con Kvin, 1-ci dəlikdə "ən düz daryv" atışı Deyvid Brey tərəfində qazanıldı. Hədiyyələr isə BMT Prosports tərəfindən təqdim edildi.
Turnirdən sonra isə qonaqlar onlar üçün təşkil edilmiş Asiya mətbəxinə dəvət edildilər və mükafatlandırma mərasimi baş tutdu