"Qalatasaray" Avropa Kuboku yarışlarından kənarlaşdırıldı

Türkiyənin "Qalatasaray" klubu UEFA tərəfindən cəzalandırılıb. "Milliyet" qəzetinin məlumatına görə, İstanbul təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb. "Cim-bom"un prezidenti Dursun Özbək ötən həftə İsveçrəyə yollanaraq, UEFA nümayəndələri ilə görüşmüşdü. O, qarşı tərəfi müxtəlif dəlillərlə tanış etsə də, prezidentin bu səyi nəticəsiz qalıb. Qitə futbol qurumu maliyyə feyr-pley qaydalarını pozan "Qalatasaray"a güzəşt etməyib. "Aslan" avrokuboklara vəsiqə qazanarsa, gələn mövsüm bu hüquqdan məhrum olacaq. Türkiyə klubu ardıcıl iki il Avrokuboka vəsiqə əldə edə bilməsə, o zaman cəzası qüvvədən düşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31