Bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında boks yarışlarında baş geyimindən istifadə olunmayacaq. Qafqazinfo bildirir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Mark Adams məlumat verib. Onun sözlərinə görə, bu Olimpiyada tarixində yenilikdir. Amma bu qərar qadın döyüşçülərə şamil edilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31