"Florentino Perez "Real"ı dağıdıb tökür"
1 Mart 2016 19:00 İdman"Real"ın eks-prezidenti Ramon Kalderon növbəti dəfə Florentino Perezi tənqid etmək fürsətini əldən verməyib. Goal.az-a istinadən xəbər verir ki, "Radio Barcelona"da qonaq olan Kalderon Madrid derbisində "Real"ın minimal hesablı yenilgisini müzakirə mövzusu edib. "Florentino misalında təsdiqlənir ki, insan iki dəfə eyni daşa ilişən yeganə heyvandır. O, eyni səhvləri birinci dəfə "Real"a rəhbərliyi dönəmində də etmişdi. İndisə təkrarlayır. Əvvəlki sistemə qayıtmışıq. Bir şəxs klubu məşqçidən tutmuş həkimə qədər dağıdıb tökür. Hal-hazırda "Real"ın durumu heç kimin ürəyincə deyil. Gələcəkdə nə olacağını bilmirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31