Baş məşqçini qovdular
1 Mart 2016 18:55 İdmanArgentinanın "Boka Xuniors" klubunun baş məşqçisi Rodolfo Arruabarrena qovulub. Qol.az bildirir ki, buna komandanın mövsümə uğursuz start verməsi səbəb olub. "Boka Xuniors" geridə qalan 5 turdan sonra turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Arruabarrenanın işindən narazı qalan klub rəhbərliyi 40 yaşlı mütəxəssislə yolları ayırıb.
Qeyd edək ki, Arruabarrena 2014-cü ildən "Boka Xuniors"u çalışdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31