9 idmançıda dopinq aşkarlandı
1 Mart 2016 18:36 İdmanEfiopiyanın qaçışla məşğul olan 9 atletində dopinq aşkarlanıb. Report bildirir ki, bu barədə Efiopiya Milli Antidopinq Agentliyinin baş katibi Solomon Meazu açıqlama verib. Dopinqə düşən atletlərdən 5-nin yüksək səviyyəli idmançılar olduğu bildirilir. Lakin onların adları hələlik açıqlanmır. Artıq idmançılar haqda məlumatlar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası və Ümumdünya Antidopinq Agentliyinə göndərilib.
Qeyd edək ki, Azərbaycanın atletika millisində də əslən efiopiyalı idmançılar yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31