Güləşçilərimiz Latviyada keçiriləcək Avropa çempionatına qatılacaq

Mart-ın 8-13-ü tarixlərində Latviyanın paytaxtı Riqada böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, martın 7-də isə, Dünya Güləş Birliyi Avropa Şurasının Konfransı keçiriləcək. İclasda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev iştirak edəcək. Məşqçilər korpusu tərəfindən Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşdirilib. Görüşlərin idarə edilməsində ölkəmizi I-S dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31