Ronaldu: "Sözlərim təhrif olunub"

"Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldu La Liqada "Atletiko" ilə görüşdən (0:1) sonra sözlərinin təhrif edildiyini bildirib. Qol.az xəbər verir ki, portuqaliyalı futbolçu özünün ən yaxşı futbolçu olmadığını deyib:

""Atletiko"dan oyundan sonra ən yaxşı olduğumu deməmişəm. Sözlərim təhrif edilib. Sadəcə, fiziki hazırlıq və zədələr haqda danışmışam. Bizdə xeyli zədəli futbolçu var. Bu da komandanın oyununa təsir edib. Ancaq özümü digərlərindən üstün saymıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31