Azərbaycanlı kikboksçu Londonda Klub açdı
29 Fevral 2016 17:01 İdmanTanınmış kikboksçu Hafiz Baxşəliyev Londonda Qafqaz Kikboks Klubu açıb. Bu barədə "OLAYLAR" kikboksçunun özü məlumat verib. Bildirib ki, kluba Londonda yaşayan azərbaycanlılar dəvət olunacaqıar: "Sevinirəm ki, belə idman mərkəzi aça bildik. Londonda yaşayan Azərbaycanlılar, tələbələr yeni fəaliyyətə başladığımız klubumuza dəvət olunacaqlar. Qarşıda Azərbaycanla bağlı sıra tədbirləri keçirməyi planlaşdırırıq".
Qeyd edək ki, Hafiz Baxşəliyev Azərbaycan kikboks yığma komandasının üzvü olub. Beynəlxalq yarışlarda ölkəmizi təmsil edib. Artıq bir neçə ildir ki, İngiltərədə yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31