"Biz qələbəyə layiq idik"

"Mançester Siti" tarixində 25-ci titulunu qazanıb. Mançester klubu İngiltərə Liqa kubokunu başı üzərinə qaldırıb. Bununla da Manuel Pelleqrini son ilində "Siti"yə ən azı 1 titul qazandırıb. Goal.az  xəbər verir ki, matçdan sonra çilili mütəxəssis Villi Kabalyeronu xüsusi qeyd edib.

"Biz qələbəyə layiq idik. Bəzi imkanları qaçırdıq. Amma məhz bunu görmək istərdim. Sözlərimi geri götürməkdənsə, titul matçında uduzmağı üstün tuturam. KİV-lər Kabalyeronun səhv etməsini gözləyirdi ki, məni tənqid etsinlər. Ona çox güvənirdim. Kabalyero buna layiq idi. Onun 90 dəqiqə ərzində seyvini xatırlamıram. Rəqib son dəqiqələrdə hesabı bərabərləşdirdi. Dəyişiklik etmək elə də asan olmadı. Sonda qalib gəldik. "Vembley"də titul qazanmaq xüsusi bir şeydir. Artıq Premyer Liqada "Liverpul"la növbəti oyun barədə düşünürük. İngiltərə kubokunda əvəzedici heyətdən oyunçuları meydana buraxdım. Fikrimcə, indiki uğur və Kiyevdəki qələbə qərarımın doğru olduğunu təsdiqləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31