Premyer Liqanın növbəti oyunlarının vaxtı açıqlandı
29 Fevral 2016 15:10 İdmanAzərbaycan Premyer Liqasının XXIV turunun oyun cədvəli açıqlanıb. Milli.Az-ın məlumatına görə, həftəsonu keçiriləcək turun qarşılaşmaları iki gün ərzində baş tutacaq.
Tura "Xəzər Lənkəran"la AZAL arasında matçla start veriləcək. "Qarabağ"la "Zirə" arasında turun mərkəzi oyunu isə martın 5-də, saat 18:00-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXIV tur
5 mart (şənbə)
14:00. "Xəzər Lənkəran" - AZAL
"Xəzər Lənkəran" mərkəzi stadionu
15:00. "Neftçi" - "Qəbələ"
8-ci km qəsəbə stadionu
17:00. "Sumqayıt" - "İnter"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. "Qarabağ" - "Zirə"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
6 mart (bazar)
16:00. "Rəvan" - "Kəpəz"
"Bayıl Arena"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31