“Fənərbağça”nın baş məşqçisindən rusiyalı jurnalistə sərt cavab

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşü çərçivəsində bu gün Moskva "Lokomotiv"inin qonağı olacaq "Fənərbağça"nın baş məşqçisi Vitor Perreyra jurnalistlərin suallarını cavablandırıb. Qafqazinfoya  xəbər verir ki, o, gərgin və çətin bir görüş olacağını bildirib. Portuqaliyalı mütəxəssis komandasının qitənin ikinci dərəcəli klub turnirində yüksək hədəfləri olduğunu sözlərinə əlavə edib: "Çox çətin və gərgin matç olacaq. Rəqib geridönüş istəyəcək. Yaxşı komandaya qarşı oynasaq da, hədəflərimiz böyükdür. Komandamın taktiki və əhval-ruhiyyə baxımından "Lokomotiv"i üstələməsini istəyirəm. Bura heç-heçə üçün yox, qələbə qazanmaq üçün gəlmişik".

Perreyra rusiyalı jurnalistin ""Fənərbağça"lı futbolçu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın şəkli olan "T-shirt" geyə bilərmi?" sualına cavabı ilə diqqət çəkib: "Fikrimcə, siz sualı düzgün adama verməmisiniz. Mən siyasətçi deyiləm, məşqçiyəm. Futbolla bağlı sualınız varsa, verin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31