Çempionlar Liqası: Favorit uduzdu, "Atletiko"nu türk peşman elədi VIDEO
26 Fevral 2015 11:23 İdmanDünən Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Qol.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib. İngiltərədə "Arsenal" "Monako"nu qəbul edib. London təmsilçisi bu oyunun favoriti hesab olunsa da, rəqibinə 1:3 hesabı ilə uduzub. Digər oyun Almaniyada baş tutub. Burada "Bayer" (Leverkuzen) klubu Madrid "Atletiko"sunu sınağa çəkib. Matçın taleyini bir qol həll edib. Hakan Çalhanoğlunun vurduğu qol "Bayer"ə 1:0 hesablı qələbə qazandırıb - 1:0.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31