Hokkeyçilərimiz üçüncü oldu

Uruqvayın Montevideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II mərhələsində mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası yarışı 3-cü yerdə tamamlayıb. "OLAYLAR"-ın xəbərinə görə, 3-cü yer uğrunda mübarizədə qadın otüstü hokkeyçilərimiz Meksikalı həmkarlarını 5-2 hesabı ilə məğlub etdilər. Növbəti Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmaq uğrunda mübarizəni davam etdirmək üçün azərbaycan idmançıları mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçiriləcək anoloji yarışların nəticələrini də gözləməlidirlər. Yekunda III yerin sahibləri  arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31