Qadın güləşçilər Dünya Kubokunda
25 Fevral 2015 14:33 İdmanMartın 7-8-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşçilər arasında Dünya Kuboku yarışları keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yarışda iştirak edəcək yığma komandamızın üzvləri təlim-məşq toplanışlarını Kiyevdə davam etdirir. Qadın güləşi üzrə yığma komandamız fevralın 20-dən etibarən Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıb. Yığma komandanın baş məşqçisi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 11 güləşçi cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31