"Layiqli qələbə qazandıq" – "Şaxtyor"un futbolçusu

"Şaxtyor" (Donetsk) klubunun müdafiəçisi Yaroslav Rakiçki Antalyada əsas millimizlə keçirdikləri yoxlama oyunu haqda danışıb. Qol.Az-ın məlumatına görə, ukraynalı futbolçu klubun rəsmi saytına açıqlamasında yığmamızla görüşdə layiqli qələbə qazandıqlarını bildirib: "Azərbaycan millisi ilə müqayisədə biz daha yaxşı oynadıq və layiqli qələbə qazandıq. Ümumilikdə təlim-məşq toplanışını yaxşı keçirdik".

Qeyd edək ki, Antalyada "Şaxtyor"la yoxlama matçında qüvvəsini sınayan millimiz rəqibinə 1:2 hesabı ilə uduzub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31