"İkinci hissə çətin oldu" – Arif Əsədov

"Qarabağ"la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi. Buna görə əvəzedici heyətdən oyunçular dəvət etdik". Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın III turundan təxirə salınmış AZAL-la keçirilən oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.  Təcrübəli mütəxəssis bu görüşdə çox vacib qələbə qazandıqlarını bildirib: "Çox vacib bir qələbə qazandıq. Belə oyunlarda 3 xal daha vacibdir. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31