Dünya çempionatı ilk dəfə payızda keçiriləcək

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının vaxtı müəyyənləşib. Trend-in FIFA-nın saytına istinadən verdiyi məlumata görə, bu mundialın oyunları dünya futbolu tarixində ilk dəfə olaraq noyabr-dekabr aylarında keçiriləcək. Bununla bağlı qərar FIFA-nın bu gün Qətərin paytaxtı Dohada keçirilən iclasında verilib. 6 konfederasiyanın bu qərara dəstək verdiyi bildirilir. İlkin məlumata görə, DÇ-2022-nin final oyunun dekabrın 23-də keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, dünya çempionatının oyunları həmişə yay aylarında keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31