"Bu oyunun favoriti yoxdur" – Luis Enrike
24 Fevral 2015 12:00 İdman"Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə ilk oyun öncəsi fikirlərini bildirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bu matçın favoritinin olmadığını deyib: "Topa daha çox hakim olacağımız təqdirdə, planlarımızı yerinə yetirə biləcəyik. Orta xətdəki mübarizədən çox şey asılıdır. Ötən mövsüm "Barselona" ilk oyunda 2:0 hesabı ilə qələbə qazanmışdı. Ancaq bu il çətin olacaq. "Mançester Siti" ötən mövsüm İngiltərə Premyer Liqasının kubokunu qazanıb. Komanda daha da inkişaf edib". L.Enrike Çempionlar Liqasının qalib olmaq istədiklərini söyləyib: "Bunun üçün isə bu cür matçlarda qələbə qazanmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31