Milli komandalarımız meydana qara sarğı ilə çıxacaq
24 Fevral 2015 11:15 İdmanTürkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası, həmçinin 21 və 16 yaşadək futbolçulardan ibarət yığmalarımız bu gün və fevralın 25-də keçirəcəkləri yoldaşlıq oyunlarında Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxacaqlar. Qol.Az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Xatırladaq ki, millimiz bu gün Ukraynanın "Şaxtyor" (Donetsk) klubu, U-16 yığmamız isə Belarusun U-17 komandası ilə qarşılaşacaq. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 25-də Qananın müvafiq yaş qrupuna aid komandası, U-16 isə Norveçin "Konnerud" klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31