AZAL - "Neftçi": 25 gündə ikinci duel
24 Fevral 2015 09:50 İdmanBu gün Topaz Premyer Liqasında bir oyun keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millilərinin matçları ilə əlaqədar çempionatda qısa fasilə yaransa da, AZAL və "Neftçi" III turun təxirə salınan qarşılaşmasında üz-üzə gələcəklər.
Mövsümün ikinci yarısının ilk turunda "AZAL Arena"da görüşən paytaxt təmsilçiləri son 25 gündə 2-ci dəfə eyni məkanda münasibətlərini aydınlaşdıracaqlar.
Hər iki komanda mövsümü mükafatçılar sırasında başa vurub, avrokuboklara yüksəlməyə iddialı olduğundan matç böyük əhəmiyyət kəsb edir. "Neftçi" ilin ilk oyununda aldığı 1:2 hesablı məğlubiyyətin qisasını almağa çalışacaq. "Təyyarəçilər" isə son 3 ev matçında uduzmadıqları rəqiblə qarşılaşmalardakı seriyanı davam etdirmək əzmindədirlər.
III turdan təxirə salınan oyun
24 fevral
15:00. AZAL - "Neftçi"
Əvvəlki oyunların nəticələri: 0:4, 2:1
Bakı. "AZAL Arena" stadionu
1
Qarabağ
20
14
4
2
36-18
46
2
İnter
20
9
10
1
33-9
37
3
Neftçi
20
9
6
5
25-16
33
4
Simurq
21
8
5
8
30-24
29
5
AZAL
20
6
7
7
22-28
25
6
Qəbələ
21
6
7
8
25-31
25
7
Xəzər L
20
5
5
10
24-29
20
8
Sumqayıt
20
4
5
9
20-28
19
9
Bakı
20
2
5
13
14-46
11
Bombardirlər: Nurlan Novruzov ("Bakı"), Draqan Çeran (""Simurq") - 10 qol