Kasilyasdan daha bir ilk

İspaniya La Liqasının 24-cü turunda "Elçe"yə qarşı matç "Real"ın qapıçısı İker Kasilyas üçün əlamətdar olub. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper bu oyunla ölkə çempionatında 500-cü matçına çıxıb. Bununla o, La Liqada ən çox oynayan 7-ci futbolçu olub. Bu göstəricidə ilk pillədə Andoni Subisarretadır (622 matç). İ.Kasilyas həmçinin bir klubla ölkə çempionatında 500 matç oynamış ilk qapıçı olmağı bacarıb.

Qeyd edək ki, "Elçe" - "Real" qarşılaşması qonaqların 2:0 hesablı qələbəsi il başa çatıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31