"Neymar Messinin uğurlarını təkrarlaya bilər"
20 Fevral 2015 18:50 İdman"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç komanda yoldaşı Neymar haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, xorvatiyalı futbolçu "AS" qəzetinə açıqlamasında Neymarın yaxın gələcəkdə Lionel Messinin uğurlarını təkrarlaya biləcəyini iddia edib: "Neymar Messinin uğurlarını təkrarlaya bilər. Bunun üçün onun yaxşı potensialı var. Neymar hələ gəncdir, istedadlıdır. Ancaq hələ karyerasının zirvəsinə çatmayıb. O, üzərində işləyir və ildən-ilə daha inkişaf edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31