"Xəzər Lənkəran"ın hücumçusu Türkiyəyə getdi
20 Fevral 2015 18:45 İdmanBu gündən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də keçiriləcək Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış AZAL - "Neftçi" oyunu ilə əlaqədar Samir Məsimov, zədəli olduğu üçün isə Elşən Abdullayev toplanışa qatılmayıb. Əvəzində "Xəzər Lənkəran"nın hücumçusu Elnur Cəfərov hazırlıq prosesinə cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31