Modriç məşqlərə başladı

"Real"ın futbolçusu Luka Modriç zədəsini tam sağaldıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi artıq komanda ilə ümumi məşqlərə başlayıb. Onun yaxın günlərdə matçlarda iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, L.Modriç "Avro-2016"nın seçmə mərhələsində İtaliyaya qarşı ötən ilin noyabr ayında keçirilən matçda zədələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31