AFFA gənc oyunçuların məvaciblərinə limit məsələsini gələn aya saxladı

AFFA-nın Klublar Komitəsinin fevralın 3-də və 13-də keçirilmiş iclaslarında yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması müzakirə edilib. Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Komitənin müraciətinə əsasən, bu məsələ AFFA-nın İcraiyyə Komitəsinin martın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Bunu nəzərə alaraq, AFFA beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb. Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda, 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31