Güləşçilərimiz Ukraynadan qızıl medalla qayıdır
20 Fevral 2015 12:33 İdmanUkraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə iştirak edən yeniyetmə və gənc qızlardan ibarət yığma komandamız uğurlu çıxışı ilə yadda qalıb. Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yeniyetmələrin yarışında mübarizə aparan qızlarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Aynurə Camalova (40 kq) qızıl, Ülkər Babayeva (44 kq) və Leyla Qurbanova (51 kq) gümüş, Sona Tumarxanova (48 kq) və Şəbnəm Əhmədova (55 kq) isə bürünc medala yiyələnib. Gənc qızlarımız isə böyük məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında yarışıb. Gənc qızlar 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Anna Pavliv (48 kq) və Alyona Kolesnik (55 kq), gümüş medalları Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) qazandırıb. Sahilə Ələkbərova (44 kq), Arzu Əliyeva (51 kq) və Dərya Korin (59 kq) isə bürünc medalla kifayətlənib. Beləliklə, yeniyetmə və gənc qızlardan ibarət yığmamız ümumilikdə 3 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb.