Azərbaycan Andorranı darmadağın etdi
20 Fevral 2015 11:26 İdmanFevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Andorranın U-21 yığması ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb. Sevinc Cəfərzadənin dubl etdiyi oyunda hərəyə bir dəfə Nigar Cəlilli və Aysun Əliyeva fərqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31