Millimiz Andorranı darmadağın etdi
20 Fevral 2015 11:15 İdmanFevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Trend AFFA-ya istinadən məlumat verir ki, Andorranın U-21 yığması ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb. Sevinc Cəfərzadənin dubl etdiyi oyunda hərəyə 1 dəfə Nigar Cəlilli və Aysun Əliyeva fərqləniblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31